
“BULLİNQƏ QARŞI” XARTİYA
ÖN SÖZ
“Dəyişiklik səndən başlayır!” layihəsi Bakıda yerləşən 18 saylı orta məktəbdə Kapital Bankın təşəbbüsü və dəstəyi, Dərs Evi Tədris Mərkəzinin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.
“Bullinqə qarşı” Xartiya bullinq haqqında əsas anlayışların, bullinqin qarşısının alınması prinsiplərinin və bullinqin aşkar edilməsi və dayandırılması üzrə fəaliyyət alqoritmlərinin toplusudur.
Ümumilikdə, “Bullinqə qarşı” Xartiya dörd əsas vəzifəni yerinə yetirir:
Xartiyanın tətbiqi, ilk növbədə, təhsil prosesinin iştirakçılarına şamil edilir, lakin hər hansı hüquqi və fiziki şəxslərin kollektivlərində / təşkilatlarında bullinqə qarşı mübarizə proqramları / təşəbbüsləri tətbiq olunubsa və əgər bu şəxslər öz münasibətlərinə bu Xartiyanın tətbiq olunması barədə düzgün qaydada qərar qəbul ediblərsə, Xartiya bu şəxslərə də tətbiq oluna bilər.
1) Təhsil müəssisəsi;
2) Valideynlər (qanuni nümayəndələr);
3) Şagirdlər;
4) Təhsil fəaliyyəti ilə məşğul olan təşkilatların pedaqoji, rəhbər və digər işçiləri.
I HİSSƏ
ƏSAS TERMİNLƏR VƏ TƏRFİLƏR
1.1. Bullinqin tərifi
Məktəb bullinqi təhsil prosesinin iştirakçıları olan bir qrup insanın bir və ya bir neçə şəxsə qarşı sistematik psixoloji və/və ya fiziki aqressiv davranışıdır.
1.2. Bullinqin əlamətləri
Bullinqi digər mənfi hadisələrdən (münaqişə, qeyri-populyarlıq və s.) fərqləndirən əsas əlamətlər bunlardır:
1.3. Məktəb bullinqinin növləri.
1) Şifahi bullinq: təhqirlər, təhdidlər, alçaldıcı şərhlər, nalayiq jestlər, hər hansı bir xüsusiyyətin mənfi şəkildə ictimai müzakirəsi.
2) Sosial bullinq: qrupdan kənarlaşdırılma, etinasızlıq (bir qrup insanın bullinq qurbanı ilə danışmaqdan, suallarını cavablandırmaqdan, onu sezməkdən və ya onunla hər-hansı ünsiyyətdən imtina etməsi), boykot etmək, şayiə buraxmaq və bullinqin qurbanı haqqında xoşagəlməz (böhtan xarakterli) məlumat yaymaq.
3) Fiziki bullinq: qərəzli fiziki zorakılıq, əmlaka ziyan vurulması və ya əmlakın oğurlanması (dəyərindən asılı olmayaraq).
4) Kiberbullinq (internet şəbəkəsindən istifadə etməklə).
1.4. Məktəb bullinqinin iştirakçıları (rolları).
1) Bullinqin baiskarı (aqressor, bullinqin rəhbəri) – bullinqin təşkilatçısıdır.
2) Tərəfdarlar (aqressorun dəstəsi) – bullinqə qoşulan şəxsdir.
3) Bullinqin şahidi (kənar mçüşahidəçi) – bullinqə müdaxilə etmədən onu müşahidə edən şəxsdir.
4) Bullinqin qurbanı – bullinqin ünvanlandığı şəxsdir.
5) Tədris prosesinin istənilən iştirakçısı (daha ətraflı 1.5-ci bənddə) sadalanan rollardan hər birində ola bilər.
1.5. Tədris prosesinin iştirakçıları aşağıdakılardır:
Təhsil müəssisəsi – tədris prosesini həyata keçirən müəssisə və ya təşkilatdır. Bununla yanaşı, təhsil müəssisəsi yaradılma məqsədlərinə uyğun olaraq əsas fəaliyyət növü kimi lisenziya əsasında təhsil fəaliyyəti həyata keçirən qeyri-kommersiya təşkilatıdır; lisenziya əsasında əsas fəaliyyəti ilə yanaşı əlavə fəaliyyət növü kimi təhsil fəaliyyəti həyata keçirən hüquqi şəxsdir;
Təhsil müəssisəsinin rəhbərliyi (“idarə heyəti”) – təhsil təşkilatının idarəetmə orqanı olub, qanunvericiliyə uyğun olaraq təhsil təşkilatı üçün icbari olan qərarları qəbul etməyə səlahiyyətli olan fərdi və ya kollektiv idarəetmə orqanıdır.
Təhsil müəssisəsinin pedaqoji işçisi (“Təhsil müəssisəsinin işçisi”) – təhsil fəaliyyəti həyata keçirən təşkilatla əmək və ya xidməti münasibətdə olan və şagirdlərin təhsili, tərbiyəsi və (ya da) təhsil fəaliyyətinin təşkili üzrə öhdəlikləri yerinə yetirən fiziki şəxsdir.
Şagirdlər – təhsil proqramını öyrənən fiziki şəxslərdir.
Valideyn / Şagirdin qanuni nümayəndəsi – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şagirdin qanuni nümayəndəsi olan valideyni, himayəçisi, qəyyumudur.
1.6. Bullinqin profilaktikası
Məktəbdə təhlükəsiz mühitin və mehriban atmosferin yaradılması və saxlanmasına, şəxsiyyətə hörmətə, hər hansı əlamətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına, bullinqin və zorakılığın hər hansı formasının qarşısının alınmasına yönəlmiş tədbirlər kompleksidir.
II HİSSƏ
BULLİNQ HALLARI AŞKARLANDIĞI HALDA TƏDRİS PROSESİ İŞTİRAKÇILARININ HƏRƏKƏT ALQORİTMİ
2.1. Təhsil müəssisələrinin idarə heyəti üçün hərəkət alqoritmi
2.1.1. İştirakçıları yalnız şagirdlər olan bullinq halları (təhsil prosesinin istənilən iştirakçısı tərəfindən) haqqında məlumat alan təhsil müəssisəsinin rəhbərliyi bullinqin aşkar edildiyi sinfin sinif rəhbəri və pedaqoq-psixoloqla (təhsil müəssisəsində belə bir vəzifə varsa) görüş təyin edir. Görüşdə bullinqlə iş üzrə məsul şəxs seçilir (adətən bu sinif rəhbəri olur),
hərəkət alqoritmi və işin müddəti müəyyən edilir. Sinif rəhbəri müxtəlif səbəblərdən bullinqin dayandırılması üçün tədbirlər görə bilmirsə, təhsil müəssisəsinin rəhbərliyi başqa müəllim və ya pedaqoq-psixoloqu məsul şəxs qismində təyin edir. Təhsil müəssisəsinin idarə heyəti bullinqin dayandırılması üçün tədbirlərin ümumi monitorinqini həyata keçirir, o cümlədən:
iş prosesində bullinqin dayandırılmasına cavabdeh olan şəxslə görüşlər keçirir və ona köməklik göstərir;
kənar təşkilatları cəlb edir (özü öhdəsindən gələ bilmirsə və ya kifayət qədər resursu yoxdursa);
valideynlərlə görüşlər təşkil edir; tədbirlərin başa çatması haqqında məlumat alır və yekun qənaətlər çıxarır;
bullinq davam edərsə, valideynləri bullinqin qurbanı olan uşağı başqa sinifə köçürməyə dəvət edir;
qurbanın müdafiəsi üçün digər tədbirlər görür.
2.1.2. İştirakçıları həm şagirdlər, həm də təhsil müəssisəsinin işçiləri (baiskar və ya qurban rolunda) olan bullinq halları barədə məlumat alan (təhsil prosesinin hər hansı iştirakçısından) təhsil müəssisəsinin rəhbərliyi vəziyyəti aydınlaşdırmaq üçün işçilərlə – bullinqin iştirakçıları ilə görüş təşkil edir.
Şagirdlərə qarşı bullinqin baiskarı təhsil müəssisəsinin işçisi olduqda, idarə heyəti:
Təhsil müəssisəsinin işçisi şagirdlər tərəfindən bullinq qurbanı olarsa, idarə heyəti:
2.1.3. İştirakçıları valideynlər / qanuni nümayəndələr (baiskar və ya qurban rolunda) olan bullinq halları haqqında məlumat alan (təhsil prosesinin hər hansı iştirakçısından) təhsil müəssisəsinin rəhbərliyi vəziyyəti aydınlaşdırmaq üçün valideynlərlə / qanuni nümayəndələrlə – bullinqin iştirakçıları ilə görüş təşkil edir.
Görüşdə idarə heyəti:
məktəbdəki mövcud qaydalar, valideyn birliyində olan bullinqin təhsil müəssisəsindəki ümumi atmosferə təsirindən və oxşar hərəkətlərin yolverilməzliyindən danışır
valideynlərə / qanuni nümayəndələrə metodiki materiallar (məsələn, “Valideynlərlə söhbət qrupunda ünsiyyət” bələdçisini) təqdim edir
vəziyyətə mütəmadi olaraq nəzarət edir və bullinq halı aradan qalxmadıqda, ikinci söhbəti aparır
2.2. İştirakçıları yalnız şagirdlər olan bullinqin dayandırılması üçün tədbirlərin həyata keçirilməsinə cavabdeh olan işçi üçün hərəkət alqoritmi.
Adətən bullinqin dayandırılması üçün tədbirlər görmək məqsədilə məsul şəxs qismində sinif rəhbəri və ya pedaqoq-psixoloq təyin olunur. Əgər müxtəlif səbəblərdən sinif rəhbərinin və ya pedaqoq-psixoloqun tədbirlər keçirməsi mümkün deyilsə, məsul şəxs olaraq digər pedaqoji işçi və ya rəhbərlik tərəfindən təyin edilmiş nümayəndə təyin oluna bilər.
Tədbirlərin həyata keçirilməsinə cavabdeh olan şəxs:
2.2.1. Təklif olunan alqoritmdən istifadə edərək bütün siniflə işləyir:
2.2.2. Şagirdlərin valideynlərini / qanuni nümayəndələrini sinifdəki vəziyyət və onların övladının vəziyyəti (fərdi şəkildə) barədə məlumatlandırır və onları söhbətə dəvət edir.
2.2.3. Çətinliklərlə qarşılaşdıqda, pedaqoq-psixoloqu və ya kənar təşkilatları (idarə heyəti ilə razılaşmaq şərtilə) kömək üçün cəlb edir.
2.2.4. Bullinqin dayandırılmasından sonra, bullinqin təkrarlanmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər keçirə bilər. (Xartiyanın 3-cü hissəsi)
2.2.5. Məktəb bullinqini dayandırmağa kömək ETMƏYƏN tədbirlər tətbiq ETMİR:
Şagirdlərin məsələni özlərinin həll etməsini gözləməklə hərəkətsizlik etmək.
Bütün kollektivlə işləmədən uşaqlarla ayrı-ayrılıqda iş aparmaq, məsələn: aqressorlara qarşı nizam-intizam tədbirləri tətbiq etmək və ya onlarla fərdi söhbətlər aparmaq.
Aqressorla qurban arasında onları barışdırmaq məqsədilə görüşlər təşkil etmək (bu iş üsulu münaqişələrdə faydalıdır, ancaq bullinq zamanı kömək etmir).
2.3. Təhsil müəssisəsinin ixtiyari işçisi üçün hərəkət alqoritmi.
Təhsil müəssisəsinin ixtiyari işçisi iştirakçıları yalnız şagirdlər deyil, həmçinin təhsil müəssisəsinin işçiləri və ya valideynlər / qanuni nümayəndələr olan bullinq halları barədə məlumat aldıqda:
2.3.1. Qurbanı qorumaq və ona qarşı zorakılıq hərəkətlərini dayandırmaq üçün tədbirlər görür.
2.3.2. Bullinq halları barədə faktları həmin sinifin sinif rəhbərinə və təhsil müəssisəsinin rəhbərliyinə bildirir.
2.4. Təhsil müəssisəsinin şagirdləri üçün hərəkət alqoritmi.
2.4.1. Təhsil müəssisəsinin ixtiyari şagirdi iştirakçıları şagirdlər, həmçinin təhsil müəssisəsinin işçiləri və ya şagirdlərin valideynləri / qanuni nümayəndələri olan bullinq halları barədə məlumatı aldıqda bu faktları təhsil müəssisəsinin işçisinə: öz sinif rəhbərinə, pedaqoq-psixoloqa, təhsil müəssisəsinin rəhbərliyinə və ya valideynlərə / qanuni nümayəndələrə bildirir.
2.4.2. Şagird bullinqin qurbanına dəstək göstərə bilər. Daha dəqiq:
bullinqdə iştirak etməmək, baiskarlara və onların tərəfdarlarına dəstək verməmək;
baiskarları və onların tərəfdarlarını dayandırmaq, bullinqi dayandırmağın zəruriliyi haqqında danışmaq;
bullinq qurbanını birgə tədbirlərə və ünsiyyətə (nahar yeməyinə, oyunlara və s.) dəvət etmək;
bullinq qurbanı ilə dostcasına ünsiyyət qurmaq: salamlaşmaq, vidalaşmaq, qarşılaşdıqda gülümsəmək, xoş sözlər demək, nələrisə paylaşmaq və digər üsullarla ona maraq göstərmək;
müəllimlərə, psixoloqa, valideynlərə bullinq halları barədə faktları bildirmək.
2.5. Təhsil müəssisəsinin şagirdlərinin valideynləri / qanuni nümayəndələri üçün hərəkət alqoritmi.
2.5.1. Şagirdin valideyni / qanuni nümayəndəsi öz övladına qarşı bullinq halları barədə məlumat alarsa, təklif olunan alqoritmə uyğun hərəkət edir:
2.5.2. Digər uşaqlara qarşı bullinq hallarından xəbər tutan şagirdin valideyni / qanuni nümayəndəsi bullinq faktları barədə sinfin sinif rəhbərinə, pedaqoq-psixoloqa və ya təhsil müəssisəsinin rəhbərliyinə, habelə bullinqin qurbanı olan şagirdin valideynlərinə məlumat verir.
2.5.3. Övladının bullinqin baiskarı olduğunu bilən şagirdin valideyni / qanuni nümayəndəsi:
2.5.4. Valideynlərə / qanuni nümayəndələrə aşağıdakılar tövsiyə OLUNMUR:
valideyn qruplarında, iclaslarda və digər görüşlərdə “məsələyə aydınlıq gətirmək”;
övladından / himayəsində olan şəxsdən başqa şagirdlərlə bilavasitə ünsiyyət qurmaq;
tədris prosesinin bir və ya bir neçə iştirakçısının kollektiv etinasızlığa məruz qalmasını təşkil etmək.
2.5.5. Valideynlərə / qanuni nümayəndələrə aşağıdakılar qadağandır:
III HİSSƏ
BULLİNQİN PROFİLAKTİKASI
3-cü hissəsi təhsil müəssisəsində bullinqin profilaktikası Proqramının tətbiqi üzrə hərəkətlər alqoritmlərini ehtiva edir.
Bullinqin profilaktikası proqramı tədris ili boyunca davam edir və bir neçə blokdan ibarətdir:
1) Təhsil müəssisəsinin işçiləri üçün 2) Şagirdlər üçün 3) Şagirdlərin valideynləri / qanuni nümayəndələri üçün. Proqramın bütünlüklə tətbiqi bullinqin yaranma ehtimalını azaltmağa və təhsil müəssisəsində təhlükəsiz mühitin qurulmasına imkan verir. Eyni zamanda, ayrılıqda hər bir tədbir də vəziyyəti yaxşılaşdıra bilər.
3.1. Təhsil müəssisəsinin rəhbərliyi üçün bullinqin profilaktikası proqramının tətbiqi zamanı hərəkətlər alqoritmi. Təhsil müəssisəsinin idarə heyəti:
Bullinqin qarşısının alınması proqramını öyrənir və onu təhsil müəssisəsinin bütün işçilərinə təqdim edir;
“Bullinqə qarşı” Xartiyanın qəbul edilməsində və normativ sənədlərin imzalanmasında iştirak edir;
Profilaktik tədbirlər proqramının həyata keçirilməsinə cavabdeh olan işçiləri təyin edir;
Təhsil müəssisəsinin bütün işçiləri üçün: həm pedaqoji heyət, həm də tədris funksiyalarını yerinə yetirməyən işçilər üçün bullinqə qarşı bələdçilər paylayır və ya qısa təlimlər keçirir;
Bütün nəzərdə tutulan tədbirlərin icrasına nəzarət edir, mürəkkəb məsələlərin həllində iştirak edir.
3.2. Proqramın həyata keçirilməsinə cavabdeh olan təhsil müəssisəsinin işçiləri üçün fəaliyyət alqoritmi.
Profilaktik tədbirlər proqramının həyata keçirilməsinə cavabdeh olan təhsil müəssisəsinin əməkdaşı:
Tədris ili üçün proqram təqvim planını tərtib edir;
Təhsil müəssisəsinin işçilərini proqramda iştirakın mərhələləri və müddətləri barədə məlumatlandırır (məsələn, kursların keçirilməsi, testlər, sinif saatları, marafonlar, oyunlar, valideynlərlə iş və s.)
Proqram materiallarını təhsil müəssisəsinin ərazisində, söhbət qruplarında və s. yerləşdirir (məsələn, Xartiyanın mətni, məlumat plakatları, bələdçilər və digər materiallar təhsil müəssisəsinin işçilərinin mülahizəsinə uyğun olaraq);
Şagirdlərin valideynləri/qanuni nümayəndələri ilə maarifləndirmə işində iştirak edir;
Çətinliklər yarandıqda pedaqoq-psixoloq və ya xarici təşkilatları (idarə heyəti ilə razılaşmaq şərtilə) cəlb edir;
Tədris ilinin sonunda proqramı yekunlaşdırır.
3.3. Pedaqoji işçilər üçün hərəkət alqoritmi.
Pedaqoji işçilər:
Xartiya ilə və bullinq halında xartiyada təqdim olunan hərəkət alqoritmi ilə tanış olurlar;
Bullinq mövzusunda təlim keçirlər;
Təlim alanlarla iş aparırlar (mövzuya aid sinif saatları, marafonlar, oyunlar); siniflərdə təhlükəsiz ünsiyyət qaydaları toplusunu tətbiq edirlər və s.;
Valideynlərlə qarşılıqlı əlaqə qururlar: proqramın işi barədə məlumat verirlər, mövzuya aid valideyn iclasları keçirirlər, materialları paylayır, suallara cavab verirlər və s.
Çətinlik yarandıqda, pedaqoq-psixoloq və ya üçüncü tərəf təşkilatları cəlb olunur (idarə heyəti ilə razılaşdırmaq şərtilə).
3.4. Təhsil müəssisəsinin digər (pedaqoq olmayan) işçiləri üçün hərəkət alqoritmi
Qısa təlimat alır və ona uyğun hərəkət edirlər.
3.5. Təhsil müəssisəsinin şagirdləri üçün hərəkət alqoritmi
Şagirdlər:
Proqram çərçivəsində tədbirlərə qatılır və materialları öyrənirlər;
Təhsil müəssisəsində müəyyən edilmiş təhlükəsiz ünsiyyət qaydalarına riayət edirlər.
3.6. Təhsil müəssisəsinin şagirdlərinin valideynləri / qanuni nümayəndələri üçün hərəkət alqoritmi. Valideynlər / qanuni nümayəndələr:
Xartiya ilə və bullinq halında xartiyada təqdim olunan hərəkət alqoritmi ilə tanış olurlar;
Mövzu üzrə valideyn iclaslarında iştirak edirlər;
Bullinq anlayışı, onun əlamətləri, növləri, nəticələri, qarşısının alınması yolları və s. ilə tanış olurlar.
Şagirdlərlə söhbət aparırlar;
Təhsil müəssisəsinin işçilərinə yardım göstərirlər.
IV HİSSƏ
YEKUN MÜƏDDALAR
Əminik ki, təhsil prosesinin bütün iştirakçıları arasında qarşılıqlı hörmət olmalıdır. Təhsil müəssisələrində işçilər, şagirdlər və onların valideynləri/qanuni nümayəndələri üçün rahat, mehriban və təhlükəsiz mühitin yaradılması təhsilin, tərbiyənin və şəxsiyyətin formalaşmasının keyfiyyətinin artırılması üçün mühüm şərtdir.
V HİSSƏ
ƏLAVƏ MATERİALLAR
5.1. Təhsil müəssisəsində Xartiyanı necə qəbul etməli və işçiləri və valideynləri onunla necə tanış etməli.
5.1.1. Xartiya, təhsil müəssisəsinin idaarə heyəti tərəfindən təsdiqləndikdən sonra, təhsil müəssisəsində tətbiq edilməsi mütləq olan daxili yerli normativ-hüquqi akt statusuna malikdir. Bu cür normativ aktın adı (nomenklaturası) və növü təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olmalıdır. Məsələn, əgər Nizamnamədə bu cür sənəd əmr və ya göstəriş kimi nəzərdə tutulursa, o zaman Xartiya bu növ aktla təsdiq olunacaq. Qüvvəyə minməsi də nizamnamə ilə tənzimlənəcək. Məsələn, müəyyən bir təhsil müəssisəsinin Nizamnaməsində belə aktların qəyyumlar şurası, direktorlar şurası, həmkarlar ittifaqı və ya məktəbin tabeliyində olan dövlət/bələdiyyə orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutula bilər.
İşçilərin Xartiya ilə tanışlığı Nizamnamədə və daxili əmək qaydalarında nəzərdə tutulan bəndlərdən asılıdır. Belə bəndlər yoxdursa, alqoritm aşağıdakı kimi olmalıdır:
1-ci addım – Bütün əmək müqavilələrində işçilərin təhsil müəssisəsinin daxili normativ-hüquqi aktları ilə tanış olmaq və onlara riayət etməyə öhdəliyinin qeyd edildiyini yoxlamaq.
2-ci addım – Xartiyanı müəyyən bir sənədlə (məsələn, əmr ilə) təsdiqləmək, işçilərin əmr ilə tanış olmasına cavabdeh şəxsi təyin etmək və tanışlığı imza ilə həyata keçirmək.
Valideynlərin/şagirdlərin qanuni nümayəndələrinin Xartiya ilə tanışlığı da Nizamnamədə və daxili əmək qaydalarında nəzərdə tutulan bəndlərdən asılıdır. Belə bəndlər yoxdursa, alqoritm aşağıdakı kimi olmalıdır:
1-ci addım – təhsil xidmətlərinin göstərilməsi üçün bütün müqavilələrdə şagirdlərin valideynlərinin / qanuni nümayəndələrinin təhsil müəssisəsinin daxili qaydaları ilə tanış olmaq və onlara riayət etmək öhdəliyinin nəzərdə tutulub-tutulmadığını yoxlamaq.
2-ci addım – Xartiyanı bu və ya digər sənədlə (məsələn, əmrlə) təsdiqləmək, tələbələrin valideynlərini / qanuni nümayəndələrini əmrlə tanış etmək üçün məsul şəxs təyin etmək və Xartiya ilə tanışlığı imza ilə təsdiq etmək.
Əgər təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilələrdə valideynləri / qanuni nümayəndələri təhsil müəssisəsinin daxili normativ-hüquqi aktları ilə tanış olmağa və onlara riayət etməyə məcbur edən müddəalar yoxdursa, o zaman:
1-ci addım – Müqavilələrə sadalanan bəndləri nəzərdə tutan əlavə razılaşmalar yazmaq lazımdır.
2-ci addım – Xartiyanın icrası ilə bağlı daha bir əlavə razılaşma tərtib etmək və bu əlavə razılaşmanı valideynlərlə imzalatdırmaq lazımdır.
5.1.2. Təhsil müəssisəsinin daxili yerli normativ-hüquqi aktları qəbul etməsi (belə aktları qəbul etmə hüququ) Təhsil haqqında Qanunun müvafiq maddələri ilə nəzərdə tutulur.
116-111
ushaqqaynarxetti@gmail.com
+99412 480 22 80 / +99412 680 22 80 / +99412 880 11 80 / +99412 880 22 80 / +99412 580 22 80

© 2025 AntiBullinq.az. Bütün hüquqlar qorunur.