Şagirdlər üçün

Şagirdlər

Bullinq anormaldır və oyun deyil. Bullinq zorakılıqdır. Və biz bunu birlikdə dayandıra bilərik.

QISNAMA (bullinq) psixi sağlamlığına ciddi təsir göstərə bilər. Özünə qapanma — problemi həll etməyə ilk addım at, səni dinləyəcək və qınamadan kömək edəcək böyüklərdən dəstək istə.

Bullinq nədir?

Tənqidi iradlar

Sənin ünvanına deyilən təhqiramiz şərhlər, alçaldıcı sözlər, istehza, ədəbsiz jestlər, təhdidlər.

Etinasızlıq və ya boykot

Bütün komanda səninlə yoxmuşsan kimi davranır, səni söhbət qruplarından kənarlaşdırır, arxanca şayiə yayır.

Fiziki hərəkətlər

Səni narahat edən fiziki təmas, əşyalarının korlanması.

Kiberbullinq

Sənin haqqında müzakirə aparılan və səni tənqid edən söhbət qruplarının yaradılması, sənin fotoşəkillərinin dəyişdirilməsi, spam tipli mesajlar və zənglər, söhbət qruplarında və sosial şəbəkələrdə təhdidlər.

Əgər başqalarının hərəkətləri səni narahat edir, kədərləndirir, qıcıqlandırır, ətrafdakılar isə səni incidənləri dəstəkləyirsə — bu, bullinqdir.

Bəs bullinqlə qarşılaşdıqda nə etmək lazımdır?

İnan

Problem səndə deyil, aqressiyanı göstərən insandadır. Heç kimin səninlə və ya başqa insanlarla pis rəftar etməyə haqqı yoxdur! Sən bir şəxsiyyətsən və sənin öz güclü tərəflərin var.

bildir

Başını uca tut. Həmsöhbətinin gözlərinə bax. Bunları söylə: “Mənimlə belə rəftar etməyə icazə vermirəm! Bu, mənim xoşuma gəlmir! Bir daha belə etmə.”

Uzaqlaş

Əgər sənə qarşı fiziki təhlükə varsa — kimsə səni vurmaq istəyirsə, “söhbət”ə çağırırsa, əşyalarını təpikləyirsə — oranı tərk elə.

Danış

Baş verənlər barədə mütləq şəkildə valideynlərinə, müəllimlərinə və ya güvəndiyin böyüklərə danış. Əgər hansısa səbəbdən bunu edə bilmirsənsə, bizə yaz və ya zəng et.

Əlaqə forması

* bütün məlumatlar məxfi saxlanılır
* Sorğunuz "Uşaq Qaynar Xətti"nə yönləndiriləcək.