
Konkret faktları qısaca adlandırmaqla və söhbətə dəvət etməklə problemi müəyyənləşdirin:
“M.-dən eşitmişəm ki, sən N. haqqında şayiə yayırsan, onu ələ salır və əşyalarını gizlədirsən.
Bunu müzakirə emtəliyik. Bu məsələyə münasibətin necədir?”
Diqqətlə qulaq asın, ümumiləşdirməyə və uşağın hərəkətləri ilə daxili səbəblər arasında əlaqə qurmasına kömək edin. Məsələn:
“Rəfiqən səninlə deyil, başqası ilə dostluq edəndə özünü pis hiss edirsən və bəzən qisas almaq istəyirsən.” “Özünü ələ almaq çətin olur və baxırsan ki, əsəbləşdiyin üçün qarşındakını artıq incitmisən.”
“Bəzən biz başqalarının uğuruna həsəd aparırıq və həsəd səbəbi ilə onlara qarşı zorakılıq edirik.”
“Bəzən elə gəlir ki, təhqiramiz zarafatlar adi əyləncə üsuludur.”
Baş verənlərə birmənalı münasibət bildirin: “Sənin tutduğun iş zorakılıqdır”.
Birlikdə aqressiv davranışa alternativlər tapın və uşağı dəyişmə yolunda dəstəkləməyə hazır olduğunuzu ifadə edin.
(Söhbəti necə aparmaq və hansı səhvlərdən qaçınmaq lazımdır ― bu barədə ətraflı məlumat aşağıdakı cədvəldə verilmişdir.)
Uşaqlar bacardıqları qədər özlərini yaxşı aparırlar. Özlərini pis aparırlarsa, bunun səbəbi olur. Problemi onun kökünü tapmaqla həll etmək lazımdır.
Əgər uşaq qaydaları pozursa, pozuntunun hansı elementdə baş verdiyini anlamaq vacibdir.
“Qaydalara əməl etmək” qaydasının elementləri: qaydaları bilmək, qaydaları bölüşmək (onları ağlabatan və ədalətli hesab etmək), onlara riayət etməməyin nəticələrini bilmək və onları kifayət qədər ciddi qəbul etmək, qaydalara uyğun hərəkət etməyi bacarmaq, qaydalara uyğun hərəkət etməyi istəmək. Söhbət və diqqətli dinləmə bunun öhdəsindən gəlməyə kömək edəcək.
Aqressiv davranışın digər mümkün səbəbləri: empatiya səviyyəsinin aşağı olması, dünyaya ağ-qara yanaşma, sosial konteksti başa düşməmək, əlavə diqqət ehtiyacı, özünü təsdiqləmə arzusu, qisas alma istəyi, darıxma, mənfi qəhrəmanlara simpatiya və özünü onlara bənzətmə, qurban rolunda bullinqə məruz qalma təcrübəsi (bunlar hələ hamısı deyil).
Uşağa hansı miqyasda yardım lazımdır? Lazımi biliyə, təcrübəyə, enerjiyə və vaxta sahibsiniz, yoxsa köməyə ehtiyacınız var?
Niyə olar? Ребенок вас услышит и сможет высказаться
Niyə olmaz? Uşaq sizin sözlərinizin mahiyyətini deyil, yalnız deyiliş formasını eşidəcək. Demək ki, ya qapanacaq, ya da müdafiə olunacaq.
Niyə olar? Uşaq özünü söhbətin tamhüquqlu iştirakçısı kimi hiss edəcək və problemi anlamağa hazır olacaq.
Niyə olmaz? Uşaq qapanacaq və danışıqdan yayınacaq VƏ YAXUD cavabında təhdid və ittiham etməyə başlayacaq. O, həmçinin bu davranışı kopyalayıb norma hesab edə bilər.
Niyə olar? Məsuliyyətin dərk edilməsi dəyişikliyə doğru atılan ilk addımdır.
Niyə olmaz? Xəcalət və qorxu hissi çox vaxt aqressorun zəif tərəfləridir, uşaqlar zorakılıq vasitəsilə özlərini təsdiq etməyə çalışırlar. Qurbanın hisslərini təsvir etmək onun çarəsizliyinə nifrət hissini gücləndirir.
Niyə olar? Uşaq problemi həll etməyi və kömək istəməyi öyrənəcək.
Niyə olmaz? Aqressiv davranış davam edəcək, zorakılıq vərdişi daha da möhkəmlənəcək.
116-111
ushaqqaynarxetti@gmail.com
+99412 480 22 80 / +99412 680 22 80 / +99412 880 11 80 / +99412 880 22 80 / +99412 580 22 80

© 2025 AntiBullinq.az. Bütün hüquqlar qorunur.