Sosial şəbəkələrdə təhlükəsiz ünsiyyət qaydaları

Sosial şəbəkələrdə təhlükəsiz ünsiyyət qaydaları

DÜZDÜR:

  • Öz hesabını qorumaq.
  • Hər bir sosial şəbəkə üçün etibarlı (ikimərhələli) şifrələr fikirləş.
  • Şəxsi məlumatı qorumaq.
  • Şəxsi məlumatlarını hamı üçün əlçatan etmə.
  • Yad insanlardan şübhələnmək, onlara etibar ETMƏMƏK.
  • Tanımadığın şəxslərin göndərdiyi linklərə keçid etmə, onların göndərdiyi faylları yükləmə.
  • Əhatə dairəsinə nəzarət etmək.
  • “Kənar şəxslərin” paylaşılan kontentə, o cümlədən fotoşəkillərə və ya paylaşımlara baxmasını və şərh yazmasını qadağan et.
  • Kontentə təsir etmək.
  • Söhbət qrupunda kimsə özünü aqressiv və kobud şəkildə aparırsa, bu istifadəçidən moderatora çəkinmədən şikayət et.
  • Sənə hücumlar edilirsə, “Qara siyahı”nın imkanlarından istifadə et.
  • Elə paylaşımlar et və şərhlər yaz ki, sonra buna görə utanmayasan və özünü pis hiss etməyəsən.
  • Paylaşım etməzdən əvvəl özünə sual ver: “Bu paylaşımı mənim üçün önəmli olan, xoşuma gələn bir şəxs görsə özümü necə hiss edərəm?”

 

SƏHVDİR:

  • Xoş olmayan dialoqu davam etdirmək, özünə haqq qazandırmaq, izahat vermək və ya sübut etmək.
  • Təhqir etmək və aqressiyaya aqressiya ilə cavab vermək.
  • İncidildiyini gizlətmək, qapanmaq, baş verənlərdə özünü günahlandırmaq.
  • Səni incidən şəxsin səndən əl çəkməsi ümidilə onun şərtlərinə və tələblərinə razılıq vermək.
  • Bekarçılıqdan, yaxud “zarafatca” digər şəxsi alçaldan məlumatlar paylaşmaq.
  • Zorakılığa şahid olmaq və kənarda qalmaq.
  • Kiberbullinq səbəbilə məktəbi və ya sevdiyin işi atmaq.

 

MƏN KİBERBULLİNQ QURBANIYAM – NƏ ETMƏLİ?

  • Hər şeydən əvvəl unutma ki, baş verənlərdə sənin günahın YOXDUR! İstənilən şəxs kiberbullinq qurbanı ola bilər.
  • Aqressorlara cavab vermə! Mesajlara etinasız yanaş və dialoqu kəs.
  • Sakitliyini qorumağa çalış. Əgər çox təşviş keçirirsənsə, noutbuku bağla, telefonu kənara qoy. 5-7 dərin və səthi nəfəs al.
  • Fikirləş, gör baş verənləri kiminlə müzakirə edə bilərsən.
  • Səni sosial şəbəkələrdə incidirlərsə, aqressoru blokla, sazlamalar bölümündə sənə aid məlumatlara dair qoruma rejimini yandır.
  • Messencerdən incidirlərsə, aqressorların nömrəsini blokla və administratorlara şikayət et, statusunu gizlət, səndə əlaqə nömrəsi olmayan şəxslərlə söhbəti qadağan et.
  • Aqressiya söhbət qruplarında baş verirsə, “toksik” ünsiyyət kanalından çıx, sazlamalar bölümündə səni söhbət qruplarına əlavə etmələrini qadağan edə bilərsən.
  • Bullinq davam edirsə, sübutları topla, təhdid faktlarını və təhqirləri ekran şəklini çəkməklə, audio və video yazı şəklində qeyd et.
  • Kömək üçün müraciət et. Etibar etdiyin böyüklərlə danış.
  • Polisə müraciət etmək olarmı? Bəli, olar. Ancaq bunu böyüklər etməlidir. Təhqirə və şayiəyə görə cərimə tutulur və inzibati məsuliyyət mövcuddur.
Publikasiya teqləri:

Əlaqə forması

* bütün məlumatlar məxfi saxlanılır
* Sorğunuz "Uşaq Qaynar Xətti"nə yönləndiriləcək.